...

Millimizin bu komandalarla qarşılaşacaq


Bu gün final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb. Reytinq cədvəlində 7-ci pillədə qərarlaşan və mübarizəyə əsas mərhələdən start verəcək Azərbaycan millisi 6-cı qrupda yer alıb, Polşa və Yunanıstan yığmaları ilə qarşılaşacaq.

 

1-ci qrup

İspaniya

Moldova

Kipr

 

2-ci qrup

Gürcüstan

Belçika

Avstriya

 

3-cü qrup

Çexiya

Bosniya və Herseqovina

Ermənistan

 

4-cü qrup

Portuqaliya

Belarus

Litva

 

5-ci qrup

Qazaxıstan

Sloveniya

Monteneqro

 

6-cı qrup

Azərbaycan

Polşa

Yunanıstan

 

7-ci qrup

Xorvatiya

Macarıstan

İsrail

 

8-ci qrup

Finlandiya

Rumıniya

Danimarka

 

9-cu qrup

Serbiya

Fransa

Norveç

 

10-cu qrup

İtaliya

Şimali Makedoniya

İsveç

 

11-ci qrup

Ukrayna

Niderland

Kosovo

 

12-ci qrup

Slovakiya

Latviya

Almaniya

 

 

Oyun günləri

12-21 sentyabr 2022

3-12 oktyabr 2022

6-9 noyabr 2022

27 fevral – 8 mart 2023

Məlumat üçün qeyd edək ki, oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. 12 qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 milli birbaşa elit-raunda yüksələcək. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. 2023-cu il martın 10-da pley-off cütlükləri müəyyənləşəcək, oyunlar isə təxminən bir ay sonra – 10-19 apreldə keçiriləcək. Ev-səfər matçlarının yekununda üstün olan 4 yığma elit raunda yollanacaq.

 

20 komanda 5 qrupda

Elit-raundun püşkü 2023-cü il iyulun 5-də atılacaq, həmin il dekabrın 20-dək qrup matçları yekunlaşdırılacaq.  20 komanda 5 qrupda yarışacaq. Hər qrupda 4 komanda ev-səfər olmaqla mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” isə pley-off oyununda iştirak edəcək. Əgər final mərhələsinə evsahibliyi Avropa ölkələrindən birinə verilsə, o zaman pley-off mərhələsinə ən yaxşı göstəriciyə malik 2 “ikinci” vəsiqə qazanacaq. Elit raundun pley-off oyunlarının püşkü 2024-cü il 25 yanvarda, oyunları isə 8-17 aprel tarixlərində keçiriləcək.

 

Qeyd edək ki, Rusiya millisinin FİFA və UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılması ilkin mərhələdə ən yaxşı nəticəyə malik 3-cü pillənin sahibi Norveçə əsas mərhələdə iştirak etmək hüququ yaradıb. Onu da qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan milli komandaları eyni qrupda yer ala bilməz.