...

“Araz-Naxçıvan” yerli futzalçılarla anlaşdı


UEFA Çempionlar Liqasında çıxış edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir. Baş məşqçi Joze Alesio da Silvanın istəyi ilə klub rəhbərliyi ötən mövsümü “Neftçi” İK-da keçirən Cavad Məmmədov və U-19-un yetirməsi Xəzər Ağalızadə ilə anlaşıb.

C. Məmmədov qapıçıdır. 21 yaşlı qolkiper millinin də toplanışlarına dəvət edilir. Hətta o, ötən ilin aprelində Bakıda Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Yunanıstan yığması ilə keçirilmiş matçda millinin heyətində debüt edib. X. Ağalızadə isə son 3 ildə U-19-un formasını geyinib və bu komandanın heyətində Avropa çempionatının seçmə mərhələsində də iştirak edib. 19 yaşlı futzalçı hətta bir dəfə A millinin Ukrayna ilə ötən ilin dekabrında keçirdiyi yoldaşlıq oyunlarına cəlb edilib, amma məşq prosesində zədələndiyinə görə, debütü alınmayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək.