“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Ölkə çempionu De Moura Joze Eduardo ilə ortaq məxrəcə gəlib. Son klubu vətənində AEU olan braziliyalının ampluası müdafiəçidir. 26 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.