UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb. Ölkə çempionu Martin Guimaraes Junior Sinesio ilə müqavilə imzalayıb. Son klubu Qazaxıstanın “Atirau” klubu olan 27 yaşlı braziliyalının ampluası müdafiəçidir.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, Oktay Rüstəmli, eləcə də braziliyalı Mateus Katatau, Varqas Amenqual Andreu, De Moura Joze Eduardo, Vitao və Viktor Uqo Piresa ilə müqavilə imzalayıb. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev, İsa Atayev, Xətai Bağırov və Maneka komandadan ayrılıb.