Xəbər verdiyimiz kimi, Türkmənistan yığma komandası avqustun 10-dan 20-dək Bakıda təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində Azərbaycan millisi ilə avqustun 17-də və 19-da yoldaşlıq oyunları keçirməli idi.
Amma sənədləşmə porsesini vaxtında etmədiyinə və ölkəmizə giriş üçün viza ala bilmədiyinə görə, Türkmənistan millisinin Bakıya səfəri təxirə salınıb. Buna görə də, Azərbaycan millisinin bu rəqiblə keçirəcəyi oyunlar, eləcə də avqustun 9-dan 20-dək nəzərədə tutulan təlim-məşq toplanışı ləğv olunub.