17 və 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının formalaşdırlması üçün seleksiya xarakterli məşqlər keçirilir.
Həftədə 3 dəfə baş tutan məşq prosesinə U-17 üçün 2006-2007, U-19 üçün 2004-2005-ci il təvəllüdlü futzalçılar baxışa dəvət olunub.
Qeyd edək ki, U-19 və U-17-nin baş məşqçiləri müvafiq olaraq Ağatahir Əzimov və İlqar Aslanovdur. U-19 yeni mövsümdə Yüksək, U-17 isə Birinci Liqada iştirak edəcək.