Dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisinin sentyabrın 12-dən 16-dək Bakıda, 17-dən 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq. Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə və yoldaşlıq oyunlarına 13 futzalçı dəvət edib. Cesar De Angelis Zhonatan, Amir Shojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaq. Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Komanda səfərə sentyabrın 16-sı gecə saatlarında yola düşəcək.
№ |
Ad və Soyad |
Klub |
1 |
Rövşən Hüseynli |
Araz-Naxçıvan |
2 |
Ramiz Çovdarov |
Araz-Naxçıvan |
3 |
Emin Kürdov |
Neftçi İK |
4 |
Cohnatas Felipe “Felipinyo” |
Araz-Naxçıvan |
5 |
Xəzər Ağalızadə |
Araz-Naxçıvan |
6 |
Amir Shojaei |
Bayterek (Qazaxıstan) |
7 |
Hadi Ahmadi |
Bayterek (Qazaxıstan) |
8 |
Eduardo Borges |
Halle-Gooik (Belçika) |
9 |
Rafael Vilela |
Kayrat (Qazaxıstan) |
10 |
Everton Cardoso |
Bintang Timur (İndoneziya) |
11 |
Oktay Rüstəmli |
Araz-Naxçıvan |
12 |
Cesar De Angelis Zhonatan |
Ayat (Qazaxıstan) |
13 |
Nurlan Mehdizadə |
Neftçi İK |