...

Azərbaycan – Polşa: Akkreditasiya üçün qeydiyyat


DÇ-2024-ün əsas mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Polşa oyunu üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri 23-dək qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün tələb olunanlar:

 

  1. Qeydiyyatdan keçənin adı, soyadı, atasının adı;
  2. Şəxsiyyət vəsiqəsinin surəti (skaner olunmuş);
  3. Təmsil etdiyi KİV;
  4. Vəzifəsi;
  5. 3x4 ölçüdə, elektron formatda rəsmi sənəd üçün şəkil.

 

Yuxarıda qeyd olunanlar 23 sentyabr saat 17:00-a qədər ipr@affa.az ünvanına göndərilməlidir. Müraciət edənlər qeydiyyat üçün tələb olunanların hər birini təqdim etdikdən və ipr@affa.az ünvanından müvafiq təsdiq cavabı aldıqdan sonra qeydiyyatdan keçmiş hesab olunacaqlar.