...

Millinin məşqi davam edir


Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi təlim-məşq toplanışını davam etdirir. Futzalçılarımız bu gün Olimpik Starda bir məşq keçib. Hazırlıq prosesindən əvvəl sentyabrın 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra baş məşqçinin tapşırığına uyğun olaraq, taktiki tapşırıqlar yerinə yetirilib. Ölkə xaricində çıxış edən futzalçılardan Rafael Vilela və Qallo da komandaya qoşulub. Eduardo Borges isə sentyabrın 16-da Bakıya gələcək. Milli üzvləri həmin gün gecə saatlarında Bakı-Aktau hava reysi ilə səfərə yollanacaq.