Sentyabrın 19-da və 20-də Aktau şəhərində Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Qazaxıstanın “Bayterek” klubunda çıxış edən Hadi Ahmadi və Amir Şojaei heyətdən kənarlaşdırılıb. Buna səbəb hər iki futzalçıya Qazaxıstanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı klub tərəfindən edilən müraciətin müddətinin tamam olmaması və onların bununla əlaqədar hazırda yaşadıqları şəhəri tərk edə bilməməsidir. Əvəzində “Araz-Naxçıvan”dan Fərid Ələkbərov heyətə dəvət olunub.
Artıq Aktau şəhərində məskunlaşan və bu gün Bakı vaxtı ilə 16:30-da ilk məşqinə çıxacaq millinin heyətində bu futzalçılar yer alıb: Rövşən Hüseynli, Ramiz Çovdarov, Felipinyo, Xəzər Ağalızadə, Fərid Ələkbərov, Oktay Rüstəmli (hamısı “Araz-Naxçıvan”), Emin Kürdov, Nurlan Mehdizadə (hər ikisi “Neftçi” İK), Eduardo Borges (Halle-Gooik, Belçika), Rafael Vilela (Kayrat, Qazaxıstan), Everton Kardosa (Bintang Timur, İndoneziya), Cezar De Angelis Zhonatan (Kaspiy, Qazaxıstan)