UEFA Çempionlar Liqasının ilkin mərhələsində bir neçə qrupun oyunları başa çatıb və ölkə çempionu “Araz”ın rəqiblərindən daha biri müəyyənləşib.
Belə ki, F qrupunda Litva çempionu “Vytis” keçirdiyi hər 3 oyunu qalib başa vurub və əsas mərhələyə vəsiqə qazanıb. Təmsilçimizin digər rəqibi bu gün saat 22:00-da keçiriləcək “Valletta” – “Veles” (Makedoniya) oyununda müəyyənləşəcək. E qrupunda yer alan hər iki komandanın aktivində 6 xal var və cütün qalibi əsas mərhələyə yüksələcək.
Qeyd edək ki, “Araz” əsas mərhələnin 8-ci qrupunda mübarizə aparacaq. Ölkə çempionu Slovakiyada keçiriləcək qrup oyunlarında “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” – “Veles” cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək keçiriləcək və yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.