Oktyabrın 7-də dünya çempionatının əsas mərhələsinin 6-cı qrupunda ilk görüşünə çıxacaq və Polşa yığması ilə qarşılaşacaq Azərbaycan millisinin oyununa təyinatlar açıqlanıb. Bakı İdman Sarayında baş tutacaq matçı Qazaxıstandan olan referilər idarə edəcək.
Azərbaycan – Polşa
DÇ-2024-ün əsas mərhələsi, 6-cı qrup
7 oktyabr. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)
Timekeeper: Rza Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Sven Eikler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)