Bakıda təlim-məşq toplanışını davam etdirən Azərbaycan millisinin heyətinə daha 2 futzalçı dəvət olunub. Karyerasını Belçikanın “Beşiktaş Gent” klubunda davam etdirən Xətai Bağırov və İsa Atayev sabah komandanın hazırlığına qoşulacaq.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də, saat 20:00-da Bakı İdman Sarayında Polşa yığması ilə qarşılaşacaq. Bu matçdan 4 gün sonra komandamız Afinada Yunanıstan millisi ilə üz-üzə gələcək.