...

“Fəxrdir, qürurvericidir...”


Yunanıstanla oyunun sonuna 5 dəqiqə qalmış Azərbaycan millisinin baş məşqçi Joze Alesio Da Silva Xəzər Ağalızadəni meydana buraxdı. 19 yaşı hələ dekabrın sonunda tamam olacaq U-19-un sabiq üzvü buna qədər əsas millinin heyətində yoldaşlıq oyununa çıxmışdı. Qazaxıstanla matçdan fərqli olaraq gənc futzalçı bu dəfə rəsmi görüşdə meydana ayaq basdı. Oyundan sonra azfutaz.az-a açıqlama verən X. Ağalızadə bunları deyib:

“Qələbə münasibəti ilə komanda yoldaşlarımı təbrik edirəm. Azərbaycan milli komandasının üzvü olmaq, formasını geyinmək hər birimiz üçün fəxr, qürurvericidir. A milli komandanın heyətində ilk rəsmi beynəlxalq oyunuma çıxdım. Buna qədər Qazaxıstanla yoldaşlıq matçında, eləcə də U-19 yığmasının formanı geyinmişdim. Çalışdım baş məşqçinin etimadını qazanım. Bunun üçün də onun tapşırıqlarını yerinə yetirdim. Qol vurmaq üçün şansım oldu, təəssüf ki, fərqlənə bilmədim. Növbəti oyunlarda da şans qazanacağıma ümid edirəm. Əlbəttə, bunun üçün üzərimdə çox işləməliyəm”.