UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” sayca 75-ci oyununa çıxacaq. 2005/06-cı il mövsümündə qitəmiqyaslı oyunda debüt edən təmsilçimiz indiyə qədər 74 oyunda gücünü sınayıb. Bu matçlardan 37-də qələbə qazanan ölkə çempionu 13 görüşdə “sülh” bağlayıb, qalan 24 qarşılaşmada isə yenilib. Rəqib qapılarından 293 qol keçirən “Araz-Naxçıvan” 124 dəfə topu torundan çıxardıb. Bosniya və Herseqovinada keçiriləcək qrup oyunları təmsilçimizin 75-ci matçına çıxması ilə yanaşı, həm də 300-cü qolunu vurması baxımından əlamətdar ola bilər. Bunun üçün Joze Alesio Da Silvanın drujinasına 3 oyunda ümumilikdə 7 qol vurmaq kifayət edəcək.