UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” ikinci oyununu keçirəcək. Təmsilçimiz bu gün Serbiya çempionu “Lozniça Qrad” ilə qarşılaşacaq. Komandamız ilk oyunda “Orebro”ya yenilib, “Loznika Qrad” isə “Mostar”dan güclü olub - 2:1. Oyunu idarə edəcək hakimlər briqadasında da dəyişiklik edilib. Dünənki oyunda zədələnən ispan hakimi xorvatiyalı Josip Dujmiç əvəzləyib.
Lozniça Qrad (Serbiya) - Araz-Naxçıvan
27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30
Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa)
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina)
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya)