...

"Ən yaxşı oyunumuzu keçirdik"


UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün "Lozniça Qrad"la keçirilmiş oyundan sonra "Araz-Naxçıvan"in baş məşqçisi Joze Alesio Da Silva azfutzal.az-a açıqlama verib.

" Son üç ayda "Araz-Naçıvan"la ən yaxşı oyunumuzu keçirdik. Statistikaya baxdıq, köməkçi məşqçi Cordan 67 epizod yaratdığımızı, qapıya 31 zərbə endirdiyimizi dedi. Amma nəticə bunu gostərmir, bu qədər epizodumuz ola-ola cəmi 1 qol vurduq. Deməli, realizə ilə bağlı problemimiz var. Əgər sən bu qədər epizodlardan istifadə edə bilmirsənsə, rəqib şansını qacırmayacaq. "Lozniça Qrad" da təcrübəli komandadır.

Qrupdan çıxmaq şansımız qalmayıb, amma son turda "Mostar"la keçirəcəyimiz oyuna qələbə qazanmaq üçün çıxacağıq".