...

300-cü qol, ən məhsuldar oyun...


Dünən Yüksək Liqa X turun iki oyunu keçirilib. Günün “Araz” – “Yasamal” İSK oyunu iki məqamla yadda qalıb. Əvvəla ən məhsuldar qələbə qeydə alınıb. Rəqib qapısından 26 top keçirən son çempion cəmi 2 dəfə topu meydanın mərkəzindən başlayıb. Bu qarşılaşmanın 32-ci dəqiqəsində Oqtay Rüstəmlinin qolu isə cari çempionatda vurulan 300-cü qol olub. Qələbədə əsas pay sahiblərindən olan Xətai Bağırov isə nə az, nə çox, rəqib torunu 8 dəfə silkələyib.