...

U-19 AÇ-yə əsas mərhələdən başlayacaq


Xəbər verdiyimiz kimi, noyabrın 3-də, Bakı vaxtı ilə saat 16:30-da final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Cari mövsümdə 36 komanda iştirak edəcək ki, onlardan ev sahibi Xorvatiya mübarizəyə ancaq final mərhələsində qoşulacaq. Qalan 35 komandadan reytinq cədvəlində ən zəif göstəriciyə malik 10 milli yarışa ilkin mərhələdən start verəcək. İlkin mərhələdə iştirak edəcək komandalar 3 qrupa bölünəcək. A qrupunda 4, digər iki qrupun hər birində 3 yığma yer alacaq. Yalnız qrup qalibi komandalar əsas mərhələyə yüksələcək.

 1-ci səbət (ev sahibləri)

Şimali Makedoniya (qrupunda 1-ci)

Litva (qrupunda 2-ci)

Cəbəllütariq (qrupunda 4 və ya 3-cü)

 

2-ci səbət (qrupunda 4 və ya 3-cü)

Estoniya

Almaniya

Malta

 

3-cü səbət (qrupunda 2-ci)

San Marino

Kosovo

 

4-cü qrup (qrupunda 1-ci)

Monteneqro

İngiltərə


Əsas mərhələ

Bu mərhələdə 28 komanda iştirak edəcək. Reytin cədvəlinin üst sıralarında yer alan 25 komandaya  ilkin mərhələdən 3-ü qoşulacaq. Bununla da 28 iştirakçı hər birində 4 komanda olmaqla 7 qrupda yarışacaq. Bu mərhələnin ilk 4 qrupuna evsahibliyi edəcək komandalar namizədliyini irəli sürüb. 5, 6 və 7-ci qrupların oyunlarının hansı ölkədə keçiriləcəyi isə məlum deyil. Əgər bu qruplarda yer alan komandalardan hansısa biri noyabrın 17-dək mini-turniri qəbul etməklə bağlı qərar qəbul etməsə, evsahibi komandanı UEFA müəyyənləşdirəcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən Ukrayna və Belarus, Kosovo və Serbiya, Kosovo və Bosniya və Herseqovina bir qrupda yer ala bilməyəcək. Millimiz öz qrupunun 4-cü komandası olacaq. Bu o deməkdir ki, U-19 Andorra, Qazaxıstan, Gürcüstan və ilkin mərhələdən vəsiqə qazanacaq 3 komanda ilə eyni qrupda yer ala bilməyəcək.

 

1-ci səbət (ev sahibi)

Portuqaliya (qrupunda 1-ci)

Latviya (3)

Serbiya (3)

Moldova (3)

 

2-ci səbət (qrupunda 4-cü)

Andorra

Qazaxıstan

Gürcüstan

Azərbaycan

İlkin mərhələdə A qrupunun qalibi

İlkin mərhələdə B qrupunun qalibi

İlkin mərhələdə C qrupunun qalibi

 

3-cü səbət (qrupunda 3-cü)

Çexiya

Yunanıstan

Belarus

Macarıstan

 

4-cü səbət (qrupunda 2-ci)

Rumıniya

Niderland

Bosniya və Herseqovina

Türkiyə

Sloveniya

Slovakiya

Finlandiya

 

5-ci səbət (qrupunda 1-ci)

İspaniya (son qalib)

Polşa

Ukrayna

Fransa

İtaliya

Belçika

 

3 noyabr 2022 – seçmə mərhələlərin püşkatması

17-22 yanvar 2023 – ilkin mərhələnin oyunları

21-26 mart 2023 - əsas mərhələnin oyunları

3-10 sentyabr 2023 – final mərhələsi