Xəbər verdiyimiz kimi, noyabrın 3-də, Bakı vaxtı ilə saat 16:30-da final mərhələsi 2023-cü ildə Xorvatiyanın Poreç şəhərində keçiriləcək Avropa çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Cari mövsümdə 36 komanda iştirak edəcək ki, onlardan ev sahibi Xorvatiya mübarizəyə ancaq final mərhələsində qoşulacaq. Qalan 35 komandadan reytinq cədvəlində ən zəif göstəriciyə malik 10 milli yarışa ilkin mərhələdən start verəcək. İlkin mərhələdə iştirak edəcək komandalar 3 qrupa bölünəcək. A qrupunda 4, digər iki qrupun hər birində 3 yığma yer alacaq. Yalnız qrup qalibi komandalar əsas mərhələyə yüksələcək.
1-ci səbət (ev sahibləri)
Şimali Makedoniya (qrupunda 1-ci)
Litva (qrupunda 2-ci)
Cəbəllütariq (qrupunda 4 və ya 3-cü)
2-ci səbət (qrupunda 4 və ya 3-cü)
Estoniya
Almaniya
Malta
3-cü səbət (qrupunda 2-ci)
San Marino
Kosovo
4-cü qrup (qrupunda 1-ci)
Monteneqro
İngiltərə
Əsas mərhələ
Bu mərhələdə 28 komanda iştirak edəcək. Reytin cədvəlinin üst sıralarında yer alan 25 komandaya ilkin mərhələdən 3-ü qoşulacaq. Bununla da 28 iştirakçı hər birində 4 komanda olmaqla 7 qrupda yarışacaq. Bu mərhələnin ilk 4 qrupuna evsahibliyi edəcək komandalar namizədliyini irəli sürüb. 5, 6 və 7-ci qrupların oyunlarının hansı ölkədə keçiriləcəyi isə məlum deyil. Əgər bu qruplarda yer alan komandalardan hansısa biri noyabrın 17-dək mini-turniri qəbul etməklə bağlı qərar qəbul etməsə, evsahibi komandanı UEFA müəyyənləşdirəcək.
UEFA İcraiyyə Komitəsinin qərarına əsasən Ukrayna və Belarus, Kosovo və Serbiya, Kosovo və Bosniya və Herseqovina bir qrupda yer ala bilməyəcək. Millimiz öz qrupunun 4-cü komandası olacaq. Bu o deməkdir ki, U-19 Andorra, Qazaxıstan, Gürcüstan və ilkin mərhələdən vəsiqə qazanacaq 3 komanda ilə eyni qrupda yer ala bilməyəcək.
1-ci səbət (ev sahibi)
Portuqaliya (qrupunda 1-ci)
Latviya (3)
Serbiya (3)
Moldova (3)
2-ci səbət (qrupunda 4-cü)
Andorra
Qazaxıstan
Gürcüstan
Azərbaycan
İlkin mərhələdə A qrupunun qalibi
İlkin mərhələdə B qrupunun qalibi
İlkin mərhələdə C qrupunun qalibi
3-cü səbət (qrupunda 3-cü)
Çexiya
Yunanıstan
Belarus
Macarıstan
4-cü səbət (qrupunda 2-ci)
Rumıniya
Niderland
Bosniya və Herseqovina
Türkiyə
Sloveniya
Slovakiya
Finlandiya
5-ci səbət (qrupunda 1-ci)
İspaniya (son qalib)
Polşa
Ukrayna
Fransa
İtaliya
Belçika
3 noyabr 2022 – seçmə mərhələlərin püşkatması
17-22 yanvar 2023 – ilkin mərhələnin oyunları
21-26 mart 2023 - əsas mərhələnin oyunları
3-10 sentyabr 2023 – final mərhələsi