İkinci Liqada XII turun oyunları keçirilib. Lider “Obolon” növbəti böyükhesablı qələbəsini qazanıb. Əvəzində ikinci pillədə yer alan “Baker Tilly” xal itirib. Onlar “Avanqard”la matçda heç-heçə etməklə fərqin artmasına imkan yaradıblar. Maraqlıdır ki, “Rəvan” da fərqin əridilməsinə nail ola bilməyib. Ümumiyyətlə, tur ərzində baş tutan 9 oyunun 1/3-ndə heç-heçə qeydə alınıb. “Atletiko Baku” – “Hicran” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.
Baker Tilly – Avanqard 4:4
STAR karqo - Baker Hughes 8:2
Gilan Construction – SAB 4:5
Borçalı – Rəvan 2:2
Bibi-Heybət – Dalğa 4:4
Obolon – Hövsan 10:2
Baku Fire-2 – Advokat 3:6
Təbriz - Bədr FK Xocalı 10:4
Gənclik - Xəzər Astara 0:2