...

“Normal qrupa düşmüşük”


Bu gün 19 yaşadək futzalçılardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının əsas mərhələsinin püşkü atılıb. 5-ci qrupda yer alan komandamız Fransa, Bosniya və Herseqovina və Yunanıstanla qarşılaşacaq. Oyunların hansı ölkədə keçirləcəyi hələ müəyyənləşməyib. Püşklə bağlı U-19-un baş məşqçisi Ağatahir Əzimov azfutzal.az-a açıqlama verib.

“Komandamız dördüncü səbətdə yer alıb. Ona görə də rəqiblərimizin daha güclü komandalar olacağını gözləyirdik. Ümumi götürdükdə, normal qrupa düşmüşük. İspaniya, Portuqaliya kimi rəqiblərlə qarşılaşmayacağıq. Yünanıstana, Bosniya və Herseqovinaya, Fransaya qarşı mübarizə aparmaq olar. Qarşıda 5 aya yaxın vaxtımız var. Çalışacağıq komandanı oyunlara yaxşı hazırlayaq, heyətimizi komplektləşdirək. Axtarışlarımız davam edir. Yüksək Liqada oynamağımız da bizim üçün əlavə üstünlükdür. Uşaqlar oyun planında təcrübə qazanırlar”.