Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət hakimlər briqadası beynəlxalq təyinat alıb.
FİFA referiləri DÇ-2024-ün əsas mərhələsinin 12-ci qrupunda keçiriləcək Slovakiya – Almaniya qarşılaşmasını idarə edəcək. Matç noyabrın 9-da Slovakiyanın Levice şəhərində baş tutacaq matçın birinci hakimi H. Qafarlı, ikinci hakimi K. Əmiraslanov, üçüncü hakimi Ə. Cəbrayılov olacaq.