19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib.
Bakı İdman Sarayında yığma MDB ölkələri gömrük işçiləri arasında təşkil ediləcək beynəlxalq turnirə hazırlaşan, heyətində Renat Sultanov, Seymur Məmmədov, Vüsal İsayev, Ramil Həsənzadə kimi təcrübəli futzalçıların da yer aldığı “Gömrükçü” komandası ilə qarşılaşıb. Oyun rəqibin 6:3 hesablı qələbəsi ilə başa çatıb. U-19-un heyətində Ceyhun Nuriyev dubl edib. Digər qolu İqbal Pənahov vurub. Məşqçi Ağatahir Əzimov oyunda bu futzalçıların xidmətindən istifadə edib:
Vladislav Reznov, Kənan Əsədli, Nurlan Mehdizadə, Ceyhun Nuriyev, Tofiq Hüseynov, Fuad Məmmədzadə, Niyaz Əhmədov, Hüseyn Abutalıbov, İqbal Pənahov, Sabir Həsənov, Rauf Rüstəmov, Hüseyn Qarayev, Rafael Mütəllimov, Nicat Quluzadə, Kamran Eyvazov, Hüseyn Əliyev.