...

U-19-un oyunları Bosniya və Herseqovinada keçiriləcək


19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı 5-ci qrupun oyunları Bosniya və Herseqovinada keçiriləcək. Komandamız növbəti mərhələyə yüksəlmək üçün meydan sahibləri ilə bərabər, Fransa və Yunanıstandan olan həmyaşıdları ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları gələn il martın 21-dən 26-dək keçiriləcək. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. Final mərhələsi isə gələn ilin sentyabrında Xorvatiyada təşkil olunacaq.