...

Azərbaycan – Yunanıstan oyununa təyinatlar


DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 3-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyununa hakim təyinatları açıqlanıb.

Qarşılaşmanı Portuqaliyadan olan hakimlər idarə edəcək. Eduardo Fernandes Koelho birinci, Kristiano Santos ikinci, Felipe Qonsalo Santos Duarte üçüncü hakim kimi iş başında olacaq. Xorvat Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Haugen Kim Robin (Norveç) olacaq.