İntizam Komitəsinin qərarları
12.02.2023-ci il tarixində keçirilən “Metropoliten” – “Baku Fire-3” oyununda “Metropoliten” komandasının qapıçısı Turan Müslümzadə oyunun 27:55-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1).
12.02.2023-ci il tarixində keçirilən “Çinar Zəngilan” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran” komandasının oyunçusu Qədirli Balarza oyun bitdikdən sonra hakimin üzərinə bir neçə dəfə təcavüzkar şəkildə sıçrayaraq hücum etməyə cəhd göstərdiyinə görə İntizam Məcəlləsinin 32-ci maddəsi tətbiq edilərək 3 oyun şərti olmaqla 5 oyun cəzalandırılsın (maddə 37.7).
Şərti cəza üçün 3 ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində İntizam Məcəlləsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verdiyi halda şərti cəzanın oyunçunun müvafiq pozuntuya görə aldığı cəzanın üzərinə gəlinəcəyi barədə oyunçu və klub xəbərdar olunur (maddə 32.2).