DÇ-2024-ün əsas mərhələsi çərçivəsində Yunanıstan yığması ilə oyuna hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının fevralın 28-də, saat 10:30-da, Bakı İdman Sarayında ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək. Məşqdən əvvəl – saat 10:15-də isə baş məşqçi Joze Alesio Da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan – Yunanıstan oyunu martın 3-də, Bakı İdman Sarayında keçiriləcək. Saat 20:00-da başlayacaq qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunu izləmək üçün zala giriş sərbəst olacaq.