...

Pley-off cütlükləri


Əsas mərhələnin pley-off oyunlarının püşkü atılıb. 8 komandadan 4-ü elit-raunda vəsiqə qazanacaq. Bu mərhələnin oyunları ev-səfər prinsipi ilə gələn ay - aprelin 10-dan 19-dək keçiriləcək.

Belçika – Macarıstan

Niderland – Moldova

İsveç – Almaniya

Çexiya – Litva

Qeyd edək ki, elit-raundda 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı göstəriciyə malik “ikinci” pley-off oyunlarında iştirak edəcək. Qalib gələcək 2 yığma də həlledici mərhələdə iştirak edəcək. Əgər dünya çempionatına UEFA üzvü ölkələrdən biri evsahibliyi edərsə, o zaman 4 yox, 2 ən yaxşı göstəriciyə malik qrup ikincisi pley-off oyunlarında iştirak edəcək və bir komanda digər məhrələyə yüksələcək.

Azərbaycan millisi əsas mərhələdə keçirdiyi 4 oyunda 9 xal toplayaraq elit-raunda birbaşa vəsiqə qazanıb. Bu mərhələnin püşkü iyulun 5-də keçiriləcək. Qrup oyunları isə cari il dekabrın 20-dək yekunlaşacaq.