...

KİV üçün açıq məşq


Avropa çrmpionatının əsas mərhələsində iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi martın 9-dan etibarən təlim-məşq toplanışını davam etdirir. Komanda gündə iki dəfə olmaqla Bakı İdman Sarayında hazırlıq keçir. Heyətdə zədəli oyunçu yoxdur. Bu gün saat 18:00-da başlayacaq məşq prosesini KİV nümayəndələri işıqlandıra bilər.

Qeyd edək ki, toplanış martın 15-də başa çatacaq. Komanda ayın 20-də qrup oyunlarının keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək. U-19 martın 22-də Fransanın, ertəsi gün isə meydan sahibi Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Milli qrupda son oyununu martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.