Bu gün Bakı-İstanbul-Sarayevo hava reysi ilə Bosniya və Herseqovinaya gələn 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Mostar şəhərindəki eyniadlı oteldə məskunlaşıb. Komanda yol yorğunluğuna baxmayaraq, bu gün matçların keçiriləcəyi Şiroki Briyeq şəhərindəki Pecara İdman zalında ilk məşqinə çıxıb. Baş məşqçi əvəzi İlqar Aslanovun rəhbərliyi altında 1 saata yaxın məşq keçən komandanın hazırlıq prosesindən fotoreportajı diqqətinizə çatdırırıq: