Bu gün Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi ilk matçına çıxacaq. Komandamız Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş “Fudbal BİH” youtube kanalı vasitəsilə yayımlanacaq.
Fransa – Azərbaycan
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)