19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ikinci oyununu bu gün keçirəcək. Futzalçılarımız Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bosniya və Herseqovina – Azərbaycan
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Hakimlər: Martin Koster (Danimarka), Nikola Manzione (İtaliya), Peter Nurse (İngiltərə)
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)