Bu gün keçirilmiş Bosniya və Herseqovina – Azərbaycan oyunundan sonra baş məşqçi İlqar Aslanov azfutzal.az-a açıqlama verib:
“1:4 hesabı ilə yenilsək də, Fransaya qarşı keçirdiyimiz oyunla müqayisədə daha yaxşı çıxış etdik. Əlbəttə, təcrübəsizlik sözünü dedi. Hadisələrin gedişatı onu göstərir ki, uşaqlar oyundan oyuna daha inamlı təsir bağışlayır. Səhvlərimiz üzərində işləməliyik ki, növbəti matçlarda daha yaxşı çıxış edək. Qrupda son oyunumuzu Yunanıstana qarşı keçirəcəyik. Fransa və Bosniya və Herseqovina ilə müqayisədə onlar səviyyə baxımından bir qədər geri qalır. Amma hiss olunur ki, komanda olaraq müəyyən təcrübəyə malikdirlər. Bizi maraqlı və gərgin oyun gözləyəcək”.