Bosniya və Herseqovina ilə keçirilən oyunda komandamızın yeganə qoluna imza atan Şahbaz Həndəmli azfutzal.az-a bunları deyib:
“Oyun bizim üçün çətin keçdi. İlk matçla müqayisədə daha yaxşı oynadıq, top saxladıq, müdafiədən hücuma çıxa bildik. Buna görə də qol epizodlarımızın sayı bir qədər çox oldu. Amma səhvlərdən də qaça bilmirdik. Çalışmalıyıq ki, bu cür səhvlərə yol verməyək və əlimizə düşən şanslardan maksimum istifadə edək.
Təbii ki, qol vurduğuma görə, sevinirəm. Bu Avropa yarışlarında ilk qolum idi. Ancaq önəmli olan komandanın uğur qazanmasıdır. Təəssüf ki, buna nail ola bilmədik. Yunanıstanla matça qələbə qazanmaq üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə nail olaq”.