...

U-19 AÇ-də çıxışını başa vurdu


Avropa çempionatının əsas mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi sonuncu oyununu keçirib. Futzalçılarımız Yunanıstandan olan həmyaşıdları ilə qarşılaşıb. Baş məşqçi İlqar Aslanov Bosniya və Herseqovinaya qarşı meydana buraxdığı “5-liy”i “döyüş”ə atmışdı. İlk dəqiqələrdən üstünlüyə sahib olan nominal qonaqlar yekunda böyükhesablı qələbə qazanıb. Bununla da komandamız AC-də çıxışını başa vurub.

 Azərbaycan – Yunanıstan (0:7) 3:11

25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00

Hakimlər: Martin Koster (Danimarka), Norbert Szilagy (Macarıstan), Nikola Manzione (İtaliya)

Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)

Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)

UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)

Qollar: Rüfət Məmmədli, 26:08, Fərid Abbasov, 29:23, Şahbaz Həndəmli, 39:55 // Panagiotis Grigorakos, 3:17, 12:52, Kiriakos Kountardas, 6:42, 27:48, Konstantinos Pavlidis, 6:58, Konstantinos Papasopoulos, 14:30, Gerasimos Tselios, 17:16, 23:25, 27:33, Aleksandros Adamopoulos, 19:41, Angelos Georgogiannis, 21:47

Sarı vərəqələr: İlham Alıyev, 30:51 // Kiriakos Kountardas, 5:32, Konstantinos Stylianopoulos, 8:50

 

Azərbaycan

12. Sadiq Əlizadə (q), 6. Rüfət Məmmədli, 7. İlham Alıyev, 10. Fərid Abbasov (k), 14. Kərim Babayev, 1. Əli Quliyev (q), 2. Sunay Həsənov, 3. Qüdrət Qasımzadə, 5. Əhməd İsmayılov, 9. Kənan Rövşəni, 11. Elşən Mahmudov, 13. Şahbaz Həndəmli

Baş məşqçi: İlqar Aslanov

 

Yunanıstan

1. Panagiotis Vlastaras (q, k), 8. Konstantinos Papasopoulos, 9. Aleksandros Adamopoulos, 10. Panagiotis Grigorakos, 11. Konstantinos Pavlidis, 12. Marios Gerolimos (q), 2. Emmanouil Kostakis, 3. Kiriakos Kountardas, 4. Gerasimos Tselios, 5. Georgios Kokkinidis, 6. Angelos Georgogiannis, 7. Konstantinos Stylianopoulos

Baş məşqçi: İoannis Ziavas