...

İntizam Komitəsinin qərarları


31.03.2023-ci il tarixində Futzal üzrə 1-ci liqanın 14-cü turunda keçirilməli olan  “Alyans Qrup” –MUM qarşılaşması “Alyans Qrup” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün baş tutmadığına görə  “Alyans Qrup” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1);

02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Flaqman” – “Dalğa” oyununda, “Dalğa” komandasının qapıçısı Nizami Ağayev,oyunun 19:30 dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);

 

02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Xan Lənkəran” – “Zəngilan” oyununda, “Zəngilan” komandasının oyunçusu Seymur Xəlilov oyunun 11:18 dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın (maddə 41.1);

 

02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turunda keçirilən “Xan Lənkəran” – “Zəngilan” oyununda,”Xan Lənkəran” komandasının qapıçısı Bəyişli Aydın oyunun 11:18 dəqiqəsində rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılsın (maddə 41.1);

 

02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turu keçirilən “Çinar Zəngilan” – “Timsport” oyununda,”Timsport” komandasının qapıçısı Kərimov Orxan oyunun 08:00 dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 47.1);

 

02.03.2023-ci il tarixində Futzal üzrə 2-ci liqanın 15-ci turu keçirilən “Baku Fire-3” – “Advokat” oyununda, “Baku Fire-3” komandasının oyunçusu Ramal Əhmədov oyunun 28:43-cü dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın. (maddə 47.1).

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.