Yüksək Liqanın cari mövsümündə 400-cü qol vurulub. Belə ki, EKOL – Liman matçının 29-cu dəqiqəsində Faiq Əliyevin özünün 4-cü, komandasının 11-ci qolu yubiley qolu olub. Hazırda Yüksək Liqada 409 qol vurulub.
Tur həm də Yasamal FK üçün əlamətdar olub. Yasamal İSK ilə dueldə böyükhesablı qələbə qazanan Yasamal FK Yüksək Liqada 50-ci oyununu keçirib. Paytaxt təmsilçisi bu duellərdən 15-də qələbə qazanıb, 2 matçda xalları yarı bölüb. 33 görüşdə meydanı məğlub tərk edən Yasamal indiyə qədər 243 qol vurub, qapısından isə 326 top buraxıb.