...

İntizam Komitəsinin qərarları


22.04.2023-cü il tarixində keçirilən “Alyans” – “Record club” oyununda, “Alyans” komandasının oyunçusu Elşən Əliyev oyunun 14-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda ikinci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.

25.04.2023-cü il tarixində keçirilən “Record club” – “Baku Fire” oyununda, “Record club” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmadığına görə  “Record club” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.

25.04.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda, “Neftçi” komandasının oyunçusu Ali Mikaeili oyunun 25-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.

25.04.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda, “Neftçi” komandasının oyunçusu İlkin Hacıyev oyun bitdikdən sonra hakimi təhqir etdiyinə görə  4 oyun cəzalandırılıb.

25.04.2023-cü il tarixində keçirilən “Alyans” – U-19 oyununda, U-19 komandasının oyunçusu Sunay Həsənov oyunun 16-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

23.04.2023-ci il tarixində keçirilən  “Çinar-Zəngilan”  -  “Metropoliten” oyununda, “Çinar-Zəngilan” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün matç baş tutmadığına görə  “Çinar-Zəngilan” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilib.