08.05.2023-cü il tarixində keçirilən “Neftçi” İK – “Baku Fire” oyununda, “Neftçi” İK komandasının məşqçisi Əli Hüseynov oyunun 45-ci dəqiqəsində (əlavə vaxtda) Hakimə söz və ya hərəkətlə etiraz etdiyinə görə ikinci sarı vərəqə nəticədə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılır (maddə 47.3);
08.05.2023-cü il tarixində keçiriləcək “Record club” – “Araz Naxçıvan” oyununda, “Record club” komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün oyunun baş tutmamasına görə “Record club” klubuna 0:5 hesablı texniki məğlubiyyət verilsin (maddə 55.1);