...

Yarımfinal oyunları keçirilib


Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.

İlk matçda Yüksək Liqanın bürünc medalçısı “Baku Fire” Birinci Liqanın gümüş medalçısı ilə qarşılaşıb. Aşağı dəstə təmsilçisi bir hissə müqavimət göstərə bilib. Belə ki, fasiləyə qədər tərəflər hərəyə 1 qol vurub. İkinci hissə daha məhsuldar alınıb. Yüksək Liqa iştirakçısı daha 6 qol vurmaqla adını finala yazdıran ilk komanda olub.

Günün ikinci oyununda isə Yüksək Liqanın gümüş medalçısı “Neftçi” İK İkinci Liqanın qalibi “Rəvan”la üz-üzə gəlib. Hesabı aşağı dəstə komandası açıb. Amma fasiləyə qədər “Neftçi” İK rəqibini 3 dəfə məyus edib. İkinci hissədə də “Neftçi” üstün olub və dueli qələbə ilə başa vurub. Nəticədə komanda finala vəsiqə qazanıb və həlledici oyunda cari mövsümdə ən çox qarşılaşdığı komanda ilə - “Baku Fire”lə gücünü sınayacaq.

Baku Fire – MUM 7:1

Neftçi İK – Rəvan 4:1