...

Üçü oynamayacaq


Bu gün Yüksək Liqada XI turdan təxirə salınmış oyun keçiriləcək “Xəzər Cənub” – “Yasamal” FK oyununu nominal qonaqların 3 oyunçusu buraxacaq.

Belə ki, Sina Jamali ötən matçda sarı vərəqə alıb və bu onun cari mövsümdəki dördücü “sarı”sı olub. Nəticədə legion vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Saeid Amini və Mortuza Cahandost isə qırmızı vərəqə cəzalısıdırlar.

Qeyd edək ki, oyun bu gün saat 12:30-da, Bakı İdman Sarayında keçiriləcək. Matçı Azər Əsgərov, Hikmət Qafarlı və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor isə Asim Xudiyev olacaq.