Bu gün futzal üzrə 2022-2023-cü il mövsümünün son oyunu keçirilib. Azərbaycan kubokunun sahibini müəyyənləşdirən matçda Yüksək Liqanın gümüş və bürünc medalçıları - “Neftçi” İK və “Baku Fire” qarşılaşıb. “Neftçi” İK həm də Azərbaycan kubokunun ötənilki sahibidir.
Birinci hissənin ilk 10 dəqiqəsi daha çox qarşılıqlı hücumlarla yadda qalıb. Hesab isə 12-ci dəqiqədə açılıb. Bundan sonra nominal qonaqlar ardıcıl qollar vurmaqla fasiləyə 4 top üstünlüklə yollanmağı bacarıb.
İkinci hissəni “Neftçi” İK daha çox qapıçını meydan oyunçusu ilə əvəzetməklə keçirsə də, hesabda geridönüş edə bilmədi. Son dəqiqədə isə 2 10 metrlik cərimə zərbəsindən yararlana bilmədi. Əksinə, rəqib fərqi artırdı, qələbəsini təmin etdi. Yekunda qələbə qazanan “Baku Fire” ilk dəfə Azərbaycan kubokunu qazandı.
Neftçi İK – Baku Fire (0:4) 0:5
24 may. Bakı İdman Sarayı. Saat 14:00
Hakimlər: Hikmət Qafarlı, Əli Cəbrayılov, Ceyhun Hüseynov
Hakim-inspektor: Azər Əsgərov
Qollar: Oruc Baxşəlizadə, 11:07, İaqo Henrique, 14:00, Tofiq Əliyev, 15:31, 29:30, Elvin Quliyev, 17:22
Sarı vərəqələr: Namiq Məmmədkərimov, 7:46, Rüfət Balakişiyev, 13:59, Behzad Hassanzade, 15:19, Əjdər Əjdərov, 32:33 // Murad Quluzadə, 15:38, Soruş Heydari, 32:33, Faiq Əliyev, 35:17
Neftçi İK
Baş məşqçi: Hacıbala Abdullazadə
Baku Fire
Baş məşqçi: Teymur Eyvazov