...

Mükafatlandırma mərasimi keçirilib (fotolar)


“Neftçi” İK – “Baku Fire” arasında keçirilən final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.

Mükafatları Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov, İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov, federasiyanın əməkdaşı Xosrov Məmmədov təqdim ediblər. Əvvəlcə final matçını idarə etmiş hakimlərə və hakim-inspektora diplomlar verilib. Final görüşünün ən yaxşı oyunçusu “Baku Fire” klubun qapıçısı Elnur Zamanov seçilib. “Neftçi” İK-ya finalın iştirakçısı olduğuna, “Baku Fire”ə isə qalib gəldiyinə görə medallar, AFF-nin vitse-prezidenti Elşən Abasov Azərbaycan kubokunu “Baku Fire” təqdim edib.