...

İki təxirə salınmış oyun keçiriləcək


Sabah-dekabrın 11-də Olimpik Starda Birinci və İkinci liqalarda təxirə salınmış oyunlar keçiriləcək. Əvvəlcə meydana “Baku Fire” və “Baku Fans” çıxacaq. Bu qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Azər Əsgərov və Mehman Mahmudov idarə edəcək. Hakim-inspektor Fizuli Nəcəfov olacaq. Ardınca İkinci Liqa komandalarından “Hicran” və “Atletiko Baku” üz-üzə gələcək. Oyunun start fiti saat 21:00-da səsləndiriləcək. Bu görüşdə də MEhman Mahmudov və Azər Əsgərov iş başında olacaq. Hakim-inspektor kimi Fizuli Nəcəfov təyinat alıb.