Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat idi. Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. Paralel olaraq “Araz-Naxçıvan” klubunun da baş məşqçisi olacaq V.Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.
Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub.
Futzalçı karyerası:
Anqloil – 2000-ci il
Tribut – 2001-2003
Ədliyyə - 2003-2004
Araz-Naxçıvan – 2004-2005
Azfarma – 2005-2006
Araz-Naxçıvan – 2006-2008
Dina (Rusiya) – 2008-2010
Araz-Naxçıvan – 2010 – 2014
Fener - 2014-2015
Ekonomaç (Serbiya) – 2015-2017
Neftçi İK – 2017-2018
Marafon Futsal – 2018
Məşqçi kimi fəaliyyəti:
Neftçi İK – 2021-2022
Uğurları:
UEFA kuboku, bürünc medal – 2 dəfə
Azərbaycan çempionu – 7 dəfə
Azərbaycan kuboku – 4 dəfə
Serbiya çempionu – 2 dəfə
Serbiya kuboku – 2 dəfə
Milli komanda:
2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib.
5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub.
Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yerdir.