...

U-19 ilk oyununu keçirib


Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ilk oyununu keçirib.

Komandamız Belarusdan olan həmyaşıdları ilə qarşılaşıb. Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 1:7.  U-19-un heyətində Qüdrət Qasımzadə fərqlənib. Millimiz növbəti oyununu sabah Qırğızıstanın müvafiq yaş qrupuna aid komandasına qarşı keçirəcək.

Belarusla oyunda millinin heyətində bu futzalçılar yer alıb: 1. Əli Quliyev (q), 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 12. Sadiq Əlizadə (q), 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov

Baş məşqçi: İlqar Aslanov