Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək Azərbaycan millisi bu gün ilk oyununu keçirib. Belarus yığması ilə duel haqda komandamızın baş məşqçisi İlqar Aslanov azfutzal.az-a açıqlama verib:
“Meydan sahiblərinə qarşı oynamaq hər zaman çətin olur. Üstəlik, rəqibimiz də güclü komanda idi. Heyətimizdə yer alan futzalçıların bir neçəsi ilk dəfə bu cür yarışda iştirak etdiklərinə görə, həyəcanlı idilər. Qapıçılarımız da ümidləri doğrultmadı, zəif çıxış etdilər. Bir qədər inamlı oynasaydılar, hesabdakı fərq böyük olmazdı. Futzalçılar bu cür yarışlarda “bişirlər”. Təcrübə toplamaq baxımından turnir komandamızın üzvləri üçün faydalı olacaq”.