...

U-19 ikinci oyununu keçirib


Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununu keçirib. Qırğızıstanlı həmyaşıdları ilə qarşılaşmaya komandamız yaxşı başlayıb.

Hesabı açan futzalçılarımız fasiləyə qədər daha bir qol vursa da, üstünlüyünü qoruya bilməyib. Tərəflər paltardəyişmə otağına 2:2 hesablı heç-heçə ilə yollanıb. U-19-un qollarını Rüfət Məmmədli və Fərid Abbasov vurub. İkinci hissədə rəqib daha üstün olub və 3 cavabsız qol vurub. Yekunda matç qırğız futzalçıların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamız növbəti oyununu avqustun 9-da Özbəkistan futzalçılarına qarşı keçirəcək. 

Qırğızıstanla oyunda millinin heyətində bu futzalçılar yer alıb: 12. Sadiq Əlizadə (q), 10 Fərid Abbasov (k), 5. İlham Əliyev, 3. Qüdrət Qasımzadə, 7. Şahbaz Həmdəmli, 1. Əli Quliyev (q), 14. Kərim Babayev, 2. Rüfət Məmmədli, 12. Sunay Həsənov, 11. Orxan Babayev, 9. Nüsrət Fərzəli, 6. Ayxan Məmmədli, 8. Bəyoğlan Vəlizadə, 4. Elşən Mahmudov

Baş məşqçi: İlqar Aslanov