Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən futzal üzrə 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Qırğızıstan yığması ilə qarşılaşıb. Oyunlar bağlı baş məşqçi İlqar Aslanov azfutzal.az-a açıqlama verib:
“Yüksək Liqada mövsüm başa çatdıqdan sonra, demək olar, oyun keçirməmişdik. Bu, hər iki oyunda hiss olundu. Rəqibimiz isə əksinə, turnirə yaxşı hazırlaşıb. Heç-heçə etmək, hətta qələbə qazanmaq imkanımız da var idi. Hesabı biz açdıq, fasiləyə qədər daha bir qol vurduq. Ancaq oyun təcrübəsinin azlığı, bəzi futzalçıların ilk dəfə belə yarışa qatılması sözünü dedi. Üstəlik, ardıcıl iki gün meydana çıxmaq da çətinlik yaratdı”.